"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hümbət Hüseynov: “Bələdiyyə qulluqçularının əməkhaqlarını artırmaq üçün bizdə mühüm addımlar atmalıyıq”

--2019-06-19 / 16:06

“Prezident ilham əliyevin "Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il iyunun 18-də imzaladığı Sərəncam respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması sahəsində 2019-cu ilin ilk aylarından atılan inqilabi addımların davamıdır”- bu fikirləri Belediyye.infoya Azərabycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib.

Sədrin sözlərinə görə, yeni "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident ilham əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir.

H.Hüseynovun fikrincə, bu artım təbii ki, yerli özünüidarəetmə orqanı olaraq bizdə, bələdiyyə qulluqçularının əməkhaqlarını artırmaq üçün mühüm addımlar atmalıyıq. Ona görə də, bələdiyyədə büdcə idarəçiliyini,yerli büdcə prosesinin təşkilini, bu prosesin bütün mərhələləri üzrə büdcə planlaşdırılmasını yenidən nəzərdən keçirməliyik. Bələdiyyədə büdcə idarəçiliyi kifayət qədər mürəkkəb və əhatəli bir prosesdir. Həmin prosesin ən mühüm elementləri kimi minimum aylıq əməkhaqqı məbləğini artırmaq üçün aşağıdakılara diqqəti artırmaq lazımdır.

-       Müntəzəm olaraq yerli vergi bazasının, eyni zamanda bütün vergi və ödəniş mənbələrinin tam həcmdə və vaxtlı-vaxtında yığım dövriyyəsinə imkanlarının genişləndirilməsi;

-       Bələdiyyənin maliyyə potensialının artırılması üçün dayanıqlı mənbələrin axtarılıb tapılması;

Bizdə bunları həyata keçirmək üçün öz üzərimizdə işləməliyik ki, Yerli özünüidarəetmə sahəsində çalışan işçilərin əmək haqlarının məbləği minimum əmək haqqı məbləğinə uyğunlaşdırılsın.

Beeldiyye.info

ŞƏRHLƏR